Продаётся 2-комн. новостройка 65 м², м. Шах Исмаил Хатаи
Retro Palace premium yaşayış kompleksində, müasir memarlıq və yüksək yaşam standartlarını özündə birləşdirən xüsusi zövqlə hazırlanmış mənzil satışa təqdim olunur. Peşəkar şəkildə 1 otaqdan 2 otağa düzəldilmiş bu mənzil, sahənin maksimum səmərəli və funksional planlaşdırılması ilə seçilir. Yüksək keyfiyyətli materiallar və müasir dizayn həlləri ilə tam təmir olunmuş mənzil, rahatlığınız üçün zəruri olan bütün üstün seqment mebel və avadanlıqlarla tam təchiz edilmişdir. Həm yaşayış, həm də dəyərli investisiya üçün ideal seçim olan bu mülk,Retro Palace yaşayış kompleksinin təqdim etdiyi təhlükəsiz və seçkin mühitdə sizə komfortlu həyat tərzi vəd edir.
--------------------------------------------------------------------------------------------------
Yaşayış kompleksi müasir və rahat həyat tərzini təmin etmək məqsədilə müxtəlif infrastruktur imkanları ilə təchiz olunmuşdur. Ərazidə avtomatik giriş sistemi ilə idarə olunan yeraltı parkinq mövcuddur ki, bu da sakinlərin təhlükəsiz və rahat şəkildə avtomobillərini saxlamağına imkan yaradır.
Kompleksdə müntəzəm təmizlik və zibil daşınması işləri təşkil edilmiş, gecə vaxtı üçün işıqlandırma sistemi quraşdırılmışdır. Binaların fasadları da mütəmadi olaraq təmizlənir.
--------------------------------------------------------------------------------------------------
Nəqliyyat baxımından da kompleks əlverişli mövqedə yerləşir. Yaxınlıqdan yeddi avtobus marşrutu keçir və nəqliyyatın hərəkəti təxminən hər beş dəqiqədən bir təşkil olunur. Ən yaxın metro stansiyası olan “Şah İsmayıl Xətai” isə cəmi 600 metr məsafədə yerləşir.
Qeyd olunan qiymət start qiymətdir.
Göstərilən vasitəçilik xidməti müqabilində agentlik komissiyası satış məbləğinin 1%-ni təşkil edir






































































































































































